Prezidentin pişiyinə cangüdən ayrıdılar...

İndoneziya prezidenti Prabovo Subiantonun pişiyi Bobbi şəxsi cangüdənlə təmin edilib. Bu barədə "South China Morning Post" məlumat yayıb. Bildirilir ki, Prabovonun doqquz il əvvəl sahibləndiyi Bobbi artıq rəsmi protokollara əsasən prezident mülkiyyəti sayılır. Bu səbəbdən də pişiyə təhlükəsizlik qaydalarına uyğun olaraq şəxsi mühafizəçilər ayrılıb. Bu qərar sosial şəbəkələrdə mübahisələr doğurub. İstifadəçilərin bir qismi bunu dövlət resurslarının düzgün istifadə olunmaması kimi dəyərləndirib.
Mətləb