Batan gəmi 109 il sonra tapıldı...

Şotlandiya sahillərindən təxminən 96 kilometr məsafədə, Şimal dənizində 109 il əvvəl batırılmış Britaniya Kral Donanmasına məxsus hərbi gəminin qalıqları aşkar edilib. BBC bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, "HMS Nottingham" adlı 150 metrlik döyüş gəmisi 1916-cı il avqustun 19-da alman sualtı qayığı tərəfindən torpidolandıqdan sonra batmışdı. Hücum nəticəsində 38 heyət üzvü həlak olmuşdu. Gəminin qalıqları beynəlxalq "ProjectXplore" komandası tərəfindən 82 metr dərinlikdə müəyyən edilib. Mətləb