İsrailin Moskvadakı səfiri vaxtından əvvəl geri qayıdır

İsrailin Moskvadakı səfiri Simona Halperin missiyası oktyabrda vaxtından əvvəl başa çatacaq. Bu barədə TASS-a diplomatik nümayəndəlikdən bildirib. "Səfirin oktyabrda gedəcəyi gözlənilir. Yeni namizəd hələ müəyyən edilməyib", - agentliyin həmsöhbəti qeyd edib.
Səfirlikdən bildirilib ki, Halperinin missiyasının başa çatması yeni təyinatla əlaqədardır. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa departamentinə rəhbərlik edəcək.
Mətləb Salahov