Beşinci Respublika tarixində ANTİREKORD - Makronun reytini yerlərdə sürünür... -

Fransa prezidenti Emmanuel Makron ölkədə ən aşağı reytinli prezident kimi ölkə tgarixinə "həkk olub". Belə ki, E.Makronun (19%) və baş nazir Fransua Bayrunun (18%) bəyənmə reytinqi Beşinci Respublika tarixinin ən aşağı reytinqi olub.
Bunu “Journal du Dimanche” üçün “İfop” sorğusunun məlumatları tamamilə sübut edir. Onların hər ikisinin ümumi balı 37 təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsdan (51 bal) aşağı nəticədir. Makronun seçici dəstəyi 49 %-ə düşüb, 2022-ci ildən bu yana 12 bal itirib.
"Makron reytinqi 20 %-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşdü. Hətta "sarı jiletlilər" böhranının pik nöqtəsində bu, 23 % idi", - tədqiqatın müəllifləri qeyd edirlər.
Mətləb