Almaniyadan Ukrayna QIRARI - 5 milyard avro ayrıldı...

Almaniya hökumətinin Ukrayna ilə bağlı daha bir qərarı məlum olub. Belə ki, rəsmi Berlin 5 milyard avro dəyərində "Patriot" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Bu barədə Almaniyanın müxalif "Almaniya üçün Alternativ" (AfD) partiyasının lideri Alisa Vaydel açıqlama verib. Vaydelin sözlərinə görə, bu qədər vəsaitin xərclənməsi fonunda Almaniyada elektrik enerjisi qiymətləri yüksək olaraq qalır və hökumət bu sahəyə müdaxilə etmək əvəzinə, vergi ödəyicilərinin pullarını xarici silah yardımına yönəldir. "Ukraynaya ümumilikdə 9 milyard avro ayrılır. Bunun 5 milyardının yalnız raketlərə, yoxsa həm də buraxılış qurğularına aid olduğu belə bilinmir", – deyə o bildirib.
Mətləb