Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

Latviyanın hökumət orqanları ölkənin Rusiya ilə sərhəd bölgələrində 15 bomba sığınacağı inşa etməyi planlaşdırır.
Latviyanın LSM dövlət portalı sığınacaqların Ludza, Balvi və Kraslava bölgələrində tikiləcəyini bildirir. Onların inşası üçün vəsait Avropa İttifaqının Regional İnkişaf Fondu tərəfindən ödəniləcək.
Qeyd edək ki, bu ilin aprel ayında Latviyanın daxili işlər naziri Rixards Kozlovskis ölkədə “mobil sığınacaqların” tikintisi imkanlarının nəzərdən keçirildiyini deyib. Onun fikrincə, bu cür obyektlərin dövlət qurumlarının yaxınlığında yerləşdirilməsi effektiv ola bilər.
ZÜMRÜD