ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

ABŞ Senatı iyulun 17-də keçirilən iclasında USAID və mediaya ayrılan maliyyə vəsaitinin 9 milyard dollar məbləğində azaldılması qanununu təsdiqləyib. Bu barədə “FOX News” telekanalı məlumat yayıb. Xəbərdə deyilir ki, Senatdakı respublikaçılar Prezident Donald Trampın təklif etdiyi 9 milyard dolları qaytarmaq üzrə tədbirlər paketini qəbul etmək üçün demokratların və daxili müxalifətin müqavimətini dəf ediblər. Qanun layihəsi Senatda 48-ə qarşı 51 səslə qəbul edilib və cümə gününə qədər onu imzalamalı olan Ağ evə göndərilib.
Bu qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitini təxminən 8 milyard dollar və daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş NPR və PBS bölmələrini maliyyələşdirən İctimai Yayım Korporasiyasının isə 1 milyard dollara yaxın azaldacaq.
Mətləb Salahov