"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili, Qərbin bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda xaos yaradacağını elan edib. Gürcüstan mediasına açıqlama verən spiker deyib ki, artıq Avropa İttifaqının son addımlarındna bunu təxmin etmək olar. SİTAT: "Artıq biz kənardan sabitliyi pozmağa cəhdin olduğunun ilk əlamətlərini görürük. Brüsselin bəzi addımları bizə xaricdən ölkədə sabitliyi pozmağa cəhdin olacağını bildirir. Son seçkilərdə də gördüyümüz və sonradan bunun seçkilərə müdaxilə olduğu təsdiqləndiyi kimi, hesab edirəm ki, bu halda oxşar məktublar və qətnamələrdən istifadə etmək cəhdləri olacaq", - deyə o bildirib.
Mətləb