Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

Fransada sosial gərginlik artır. Belə ki, hökumətin 2026-cı il üçün təqdim etdiyi büdcə layihəsi ölkədə ciddi narazılığa səbəb olub. Həmkarlar ittifaqları bu planı ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndirib. Bir çox təşkilat artıq sentyabr ayı üçün ümumi tətil çağırışı edib.
Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Mariliz Leon “France Inter” radiosuna müsahibəsində büdcəni “tənbəl və keçmişə qapanmış baxış” adlandırıb. Onun sözlərinə görə, işçilər bu büdcəni qəbul edə bilməz. Hökumət ədalətli cavab vermir və bu səbəblə CFDT gələn ay kütləvi aksiyaları istisna etmir. Leon avqustun sonu və ya sentyabrın əvvəlində təşkil edilə biləcək mümkün səfərbərlik üçün qapıların açıq olduğunu bildirib.
Mətləb Salahov