Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu barədə Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd əl-Xəlifə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə deyib. Bəhreynin vəliəhdi Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib. “ABŞ-a gələcək 17 milyard dollarlıq sövdələşmələri elan etməkdən məmnunuq. Bu, real puldur, uydurma müqavilələr deyil”, - deyə vəliəhd bildirib.
Mətləb