"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri, Emmanuel Makronun əsas rəqibi sayılan Marin Le Pen növbədənkənar parlament seçkiləri baş tutacağı təqdirdə, öz namizədliyini irəli sürmək niyyətindədir.
“Le Parisien” qəzetinə müsahibəsində qadın siyasətçi bildirib ki, “mən namizədliyimi irəli sürəcəyəm və onun təsdiqinə cavabdeh olan instansiyalarda - inzibati məhkəmədə, sonra isə Dövlət Şurasında müdafiə edəcəyəm. Bütün mümkün müraciət vasitələrindən istifadə edəcəyəm. Mən bunu edəcəm”.
Mətləb