Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün gələcək Çoxillik maliyyə inkişafı proqramına Ukraynaya 88 milyard avro məbləğində yardım daxil edilə bilər. Bu barədə “Politico” nəşri sənəd layihəsinə istinadən məlumat yayıb. Bundan əlavə, "Qlobal Avropa" yardım proqramına 190 milyard avro, Avropa Rəqabətlilik Fondunun proqramına isə 522 milyard avro məbləğində vəsaitin ayrılması planlaşdırılır.
Qeyd olunub ki, yeni büdcə "daha çevik" olacaq, bu isə Aİ-nin böhranlara daha tez reaksiya verməsinə imkan yaradacaq.
Mətləb