İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

İran Oman dənizində iki milyon litr yanacaq qaçaqmalçılığı edən xarici neft tankerini ələ keçirib. Bu barədə “Mehr” agentliyinə Hörmüzqan əyalətinin baş hakimi Müctəba Qəhrəmani bildirib.
Məlumata görə, baş hakim Oman dənizində iki milyon litr yanacaq qaçaqmalçılığı ittihamı ilə xarici neft tankerinin həbs edildiyini elan edib. Gəminin mənsubiyyəti və təyinat yeri ilə bağlı məlumat hələlik açıqlanmır.
Mətləb