Ukraynanın baş naziri istefa verdi

Ukraynanın baş naziri Denis Şmıqal istefa verib. Şmıqal Ukrayna Ali Radasına istefanın qəbul edilməsini xahiş edən müraciət göndərib və bəyanatın fotosunu “Telegram” kanalında yayıb. O, həmçinin göstərdiyi etimada görə ölkə Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.
“RBC-Ukrayna” nəşrinin məlumatına görə, Şmıqal Ukraynanın müdafiə naziri postunu tutacaq, Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov isə Amerika Birləşmiş Ştatlarında səfir vəzifəsinə təyin ediləcək.
Qeyd edək ki, prezident Zelenski baş nazir postunu hazırda baş nazirin birinci müavini olan Yuliya Sviridenkoya təklif edib.
ZÜMRÜD