Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşlar üçün əlavə dövlət rüsumlarının tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayacaq. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Təşəbbüsə əsasən, 2025-ci il sentyabrın 1-dən dövlət rüsumlarının aşağıdakı məbləğlərinin müəyyən edilməsi təklif olunur. Əcnəbilərin yaşayış yeri üzrə qeydiyyata alınması üçün bu, indiki 420 rubl əvəzinə, 1000 rubl təşkil edəcək. Yaşayış yerində qeydiyyat üçün isə 500 rubl ödəniləcək. Müvəqqəti qalma müddətinin uzadılması miqrantlara 1000 rubla başa gələcək. Rusiyaya viza ilə gələn xarici vətəndaşlara iş icazəsinin müddətinin uzadılmasına görə 4200 rubl alınacaq. Rusiyaya vizasız gələnlər üçün iş patentinin verilməsi üçün də eyni məbləğ müəyyən ediləcək. İş patentinin yenidən rəsmiləşdirilməsi üçün əcnəbilər 4200 rubl ödəməli olacaqlar. Miqrasiya sənədlərinin dublikatlarının verilməsi və onlara dəyişiklik edilməsi üçün dövlət rüsumu 2100 rubl təşkil edəcək.
Mətləb Salahov