Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı məhbus azadlığa çıxan kamera yoldaşının əşyaları olan çantada gizlənərək qaçmağı bacarıb. BFMTV kanalının məlumatında deyilir ki, həbsxana rəhbərliyi hadisədən bir gün sonra xəbərdar olub. Məhbus, insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu üçün istintaq altında olub. Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb.
Mətləb Salahov