Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

Polşa prezidenti Anjey Duda Ukraynaya hərbi yardımın 80 faizindən çoxunun keçdiyi Jeşuv-Yasenka hava limanını bağlamaqla hədələyib.
Duda bəzi Qərb müttəfiqlərinin və Ukraynanın bu strateji hava limanına "öz mülkləri" kimi baxdığını bildirib: "Bura bizimdir. Kiminsə xoşuna gəlmirsə, biz onu bağlaya bilərik, getsinlər başqa yol axtarsınlar. Dənizdən, havadan və ya paraşütlə göndərərlər mən bilmirəm, özləri bilərlər".
Polşa lideri Varşavanın yardımla bağlı qərarların qəbul olunduğu mühüm beynəlxalq platformalara dəvət edilməməsini “qalmaqal” kimi qiymətləndirib və birbaşa NATO daxilindəki güc mərkəzlərini tənqid edib.
TAHİR