Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunakdan xəbər var. 2022-ci ilin oktyabrından 2024-cü ilin iyuluna qədər Böyük Britaniyanın baş naziri olan bu hindistanlı, Sa Goldman Sachs Group Inc. bankında baş məsləhətçi işləyəcək. Məlumat bankın açıqlamasında yer alıb.
Bankın məlumatında qeyd olunur ki, "bu vəzifədə o, makroiqtisadiyyat və geosiyasət sahəsinə özünəməxsus perspektivi və təcrübəsini gətirərək, dünya üzrə müştərilərimizə bir sıra əsas mövzular üzrə məsləhət vermək üçün firmanın yüksək səviyyəli menecment komandası ilə işləyəcək".
Mətləb