Tramp Nobel Sülh Mükafatına namizəd oldu

İsrail ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Bu məlumatı İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlayıb. O, Ağ Evdə Trampla görüşündə deyib: "Cənab prezident, mən Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Orada sizi sülh mükafatına təqdim edirik, siz buna layiqsiniz".
O, həmçinin bildirib ki, Trampın rəhbərliyi altında o, İsrailin “bütün Yaxın Şərqlə” sülh əldə edə biləcəyinə inanır: “Bu, təhlükəsizlik məsələlərini İsrailin daimi nəzarəti altında saxlamaqla fələstinlilərin özlərini idarə etmələrinə icazə verilməsini əhatə edəcək”.
Mətləb