Dəmiryolçular İtaliyada tətilə başlayıb

İtaliyada Həmkarlar İttifaqlarının qərarı ilə dəmir yolu nəqliyyatında milli tətil elan olunub. Ötən gün saat 21:00-dan iyulun 8-i saat 18:00-dək davam edəcək tətil səbəbindən paytaxt Romanın “Termini” stansiyasında dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
Bir çox regional qatar ləğv edilib. Paytaxtın “Fiumicino” hava limanında, eləcə də Milanın “Malpensa” aeroportunda ekspress qatarların hərəkəti dayanıb.
Mətləb