Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən yeni ticarət tariflərinin tətbiqi barədə 14 ölkəni məlumatlandırıb. Trampın məktublarını ilk alan ölkələr Yaponiya və Cənubi Koreya olub. Amerika lideri avqustun 1-dən etibarən bu ölkələrdən gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb. Məktubları alan növbəti ölkələr Malayziya, Qazaxıstan və Cənubi Afrika olub. Onlara mallara 30%-ə çatan tariflərin tətbiqi barədə məlumat verilib. Laos və Myanma hökumətləri 40% tarifin tətbiqi ilə bağlı məlumatlandırılıb.
ABŞ Prezidentinin Tunis, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca və Tailand liderlərinə göndərdiyi məktubu da dərc edilib. Tramp bu ölkələri aşağıdakı tariflərlə hədələyib: Tunis üçün 25%, Bosniya və Herseqovina üçün 30%, İndoneziya üçün 32%, Banqladeş və Serbiya üçün 35%, Kamboca və Tailand üçün 36%.Amerika lideri xəbərdarlıq edib ki, hər hansı ölkə cavab olaraq tarifləri qaldırarsa, Vaşinqton da öz rüsumlarını eyni məbləğdə artıracaq.
Mətləb Salahov