Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin katolikosu II Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırıb. Ermənistan hökumətinin başçısı bəyanatı sosial şəbəkədə yayıb.
“Əgər Ktriç Nersisyan Vazqen Qalstanyan və Qevorq Ajapahyanın saxlanılmalarını qanunsuz hesab edirsə, deməli, o, yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş həyata keçirmək, xalqı divarların arxasına kilidləmək və ölkədə xaos yaratmaq haqda ideologiyasını və planlarını paylaşır.
Vağarşapatın genişləndirilmiş icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyətinə qapalı ola bilməz, üstəlik Ktriç və daha bir neçə digər şəxsin sayəsində bu ərazilər zinakarlıq üçün bağlı deyil” – deyə Paşinyan bildirib.
TAHİR