Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında Rio-de Janeyroda görüş baş tutub. Tərəflər BRİKS sammiti çərçivəsində bir araya gəliblər. Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər, o cümlədən İranın nüvə fəaliyyəti ilə bağlı proseslər müzakirə edilib.
H.Fidan Türkiyənin regiondakı bütün problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu və bu yöndə atılacaq addımlara dəstək verəcəyini vurğulayıb.
Mətləb Salahov