"Bu qərar bütün Avropaya və NATO-ya ciddi zərbə olacaq" - Baş nazir Trampı "topa tutdu"

Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın son Ukrayna qərarı barədə danışıb. Hökümət rəhbəri özünün X səhifəsində yazıb ki, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı təkcə Kiyevə deyil, bütün Avropaya və hətta NATO-ya ciddi zərbə olacaq. "ABŞ Ukraynaya lazım olanı verməmək qərarına gəlsə, bu, Ukrayna, Avropa və NATO üçün ciddi uğursuzluq olacaq", - Baş nazir bildirib. Frederiksen vurğulayıb ki, Ukraynadakı müharibə heç vaxt təkcə ukraynalıların özləri üçün problem olmayıb.
Mətləb Salahov