HƏMAS-dan İsrailə "hə" cavabı...

Fələstin radikal hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib. Bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb. Portalın məlumatına görə, hərəkatın qərarı barədə növbəti saatlarda elan ediləcək.
Daha əvvəl HƏMAS öz telegram kanalında bildirmişdi ki, hərəkat İsraillə Qəzza zolağında atəşkəs barədə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlarda aldığı təklifləri nəzərdən keçirir. HƏMAS müzakirə olunan təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb.
Mətləb