ABŞ-ın Kaliforniya ştatının şimalında pirotexnika zavodunda baş verən yanğın və güclü partlayış nəticəsində 7 nəfər itkin düşüb. Yayılan hava görüntüləri iyulun 2-də axşam saatlarında ştatın paytaxtı Sakramentodan təxminən 64 kilometr qərbdə yerləşən Yolo qraflığının Esparto şəhəri ətrafında geniş ərazini silkələyən partlayış nəticəsində anbara bənzər böyük bir binanın dağıldığını göstərir.
“Reuters” agentliyi xəbər verir ki, qatı qara tüstü dumanı əmələ gətirən partlayışın ardından hadisə yerində onlarla kiçik partlayış baş verib. Görünür, pirotexnika həmin ərazidə saxlanılıb.
Mətləb