İranda 3 ildir müxtəlif maddələr üzrə təqsirləndirilərək həbsdə olan iki Fransa vətəndaşına qarşı İsrailin "Mossad" kəşfiyyat xidmətinə işləmək ittihamı irəli sürülüb. Bu barədə məlumatı həbs olunanların ailə üzvləri və diplomatik mənbələrə istinadən AFR agentliyi yayıb.
Sesil Koler və Jak Parinin "rejimi devirmək planı" və "yerlərdə korrupsiya fəaliyyəti" həyata keçirmək üçün İsraillə əməkdaşlıq etdikləri iddia olunur. “Bizə bu iddialar barədə məlumat verilib”, - deyə adı açıqlanmayan diplomat agentliyə ittihamları əsassız adlandırıb. Mətləb