Macarıstanın Baş naziri Viktor Orban öz X səhifəsində Ukayna Prezidenti Vladimir Zelenski barədə paylaşım edib. O qeyd edib ki, Ukrayna liderinin öz siyasətini sülh istiqamətində dəyişməsi üçün gec deyil. O, düz bir il əvvəl Kiyevə səfər etdiyini xatırladıb: “14 saatlıq səfərdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə mümkün atəşkəs və sülhün əldə olunması barədə danışıq apardıq. Hələ o zaman vaxtın onun tərəfində olmaması barədə xəbərdarlıq etdim. Xəbərdarlıq etdim ki, ruslar uzunmüddətli müharibəyə hazırlaşır, ABŞ-da ciddi dəyişikliklər gözlənilir, Avropa isə tükənmək üzrədir. Onda Zelenski bizi dinləmədi”.
Mətləb