İran Səudiyyə Ərəbistanına əl uzadır - Ərakçi şahzadəyə məktub göndərdi

İranın xarici işlər naziri Abbas Ərakçi səudiyyə ərəbistanlı həmkarı, şahzadə Feysal bin Fərhan bin Abdullaha məktub göndərib. “Mehr” agentliyinin xəbərində deyilir ki, məktubda iki ölkə arasında münasibətlər və onların bütün sahələrdə dəstəklənməsi, inkişafı yollarının araşdırılmasının zəruriliyi vurğulanıb.
Məktubu İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza İnayəti krallığın xarici işlər nazirinin müavini Vəlid əl-Xəreyciyə təqdim edib.
Mətləb