ABŞ prezidenti Donald Tramp bu dəfə Yaponiya hökümətini hədəfə alıb. Ağ Ev sahibini qəzəbləndirən məqam Yaponiya ilə ticarət sahəsində yaranan problemdir. O qeyd edib ki, Yaponiyanın Amerika düyüsünü almaqdan imtinası səbəbindən ABŞ Yaponiya ilə ayrıca ticarət sazişi bağlamayacaq. “Sadəcə onlara məktub göndərəcəyik. Və biz uzun illər onlarla ticarət tərəfdaşı kimi işləməyi səbirsizliklə gözləyirik”, - o bildirib.
Mətləb Salahov