Çinlə bağlı yeni xəbər yayılıb. “South China Morning Post” nəşri yazır ki, rəsmi Pekin yalnız elektrik şəbəkələrini və elektrik stansiyalarını sıradan çıxarmağa yönəlmiş yeni silah növü hazırlayır. Çin Xalq Azadlıq Ordusunun ala biləcəyi yeni bomba elektrik şəbəkələrində qısaqapanma yaradaraq onları sıradan çıxarmağa qadirdir. Bildirilib ki, yeni bomba havada partlayır və 90 sursat buraxır. Partlayışdan sonra bir-birindən ayrılan silindrik qablarda kimyəvi karbon sapları var. Onlar naqillərə və transformatorlara toxunduqda, bu yivlər yüksək gərginlikli enerji infrastrukturunda qısa qapanmalara səbəb olur.
Mətləb