Dünən gecə İsrail Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 72 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Bu barədə Qətərin "Al Jazeera" telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatında deyilir ki, son gün ərzində Qəzza şəhərində 47 fələstinli İsrailin hücumunun qurbanı olub. Telekanal qeyd edib ki, mühasirəyə alınmış anklavda onsuz da fəlakətli humanitar vəziyyət hər gün pisləşdiyi üçün ölənlər arasında yardım paylama mərkəzlərində yemək axtaran insanlar da var.
Mətləb