ABŞ-da nəşr olunan “Politico” qəzeti iddia edir ki, Rəsmi Vaşinqton və Yeni Dehli 2025-ci ilin payızında hərtərəfli ticarət sazişi imzalaya bilər. Nəşrin yazdığına görə, tərəflər kənd təsərrüfatı məhsulları və enerji resursları, eləcə də bəzi rüsumların ləğvi ilə bağlı artıq müəyyən razılaşmalar əldə ediblər. Payızda daha əhatəli razılaşmanın əldə oluna biləcəyi gözlənilir.
Onların fikrincə, danışıqlar ABŞ Prezidenti Donald Trampın administrasiyasının Hindistandan ticarət maneələrini azaltmaq xahişi və bunun müqabilində yalnız Vaşinqtonun son vaxtlar tətbiq etdiyi bəzi rüsumların ləğvi təklifi ilə mürəkkəbləşib.
Mətləb