Trampdan 30 milyard dollarlıq İran iddiasına sərt reaksiya – “hansı saxta xəbər mediası bunu deyir…”

“NBC News” üç mənbəyə istinadən bildirib ki, ABŞ prezidenti Tramp administrasiyası İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırması müqabilində İran üçün bəzi iqtisadi təşviqləri gündəmə gətirib.
Müzakirə edilən təşviqlər arasında İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və mülki nüvə proqramını inkişaf etdirmək üçün Tehrana texniki dəstəyin göstərilməsi kimi məsələlərin yer aldığı bildirilən xəbərdə, İranın 30 milyard dollara qədər iqtisadi resurslara çıxış əldə edə biləcəyi qeyd edilir.
Tramp isə “Truth Social” hesabından verdiyi açıqlamada “ABŞ rəhbərliyi İran üçün 30 milyard dollarlıq qeyri-hərbi nüvə proqramı razılaşmasını nəzərdən keçirir” başlıqlı xəbəri yayan media qurumunu sərt tənqid edib. Tramp sözügedən iddiaların “əsassız və uydurma” olduğunu bildirib: “Hansı lazımsız saxta xəbər mediası çıxıb “Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir” deyir”…
TAHİR