"Hörmətsiz, yersiz tonunu dəyiş!" - İrandan Trampa etiraz

ABŞ prezidenti Donald Trampın İranın dini lideri ayətullah Xamenei barədəki fikirləri İranda şok effekti yaradıb. Ağ Ev rəhbəri Xameneini işarə edərək bəyan edib ki, “mən onu İsrailə və ya ABŞ ordusuna öldürtməyə icazə vermədim. Beləcə, onu rüsvayçı bir ölümdən xilas etdim.”
İranın xarici işlər naziri Abbas Əraqçi isə D.Trampa sərt şəkildə xəbərdarlıq edib. O, X sosial şəbəkəsindəki paylaşımında bəyan edib ki, əgər Tramp doğrudan da İranla yeni saziş bağlamağa həqiqətən maraqlıdırsa, "ayətullah Xamenei və onun milyonlarla sadiq tərəfdarını təhqir etməkdən əl çəkməli və hörmətsiz, yersiz tonunu dəyişməlidir”.
SİTAT: “İsrailin indi başqa yolu qalmayıb, yalnız "papoçka"ya qaçmaqla xilas olmağa çalışır ki, İran raketləri tərəfindən yer üzündən silinməsin.” O əlavə edib ki, İran heç vaxt təhdidlərə və təhqirlərə boyun əyməyəcək: “Hörmət hörmət yaradar.”
Mətləb