Paşinyandan Qareginin "sünnət" iddiasına sərt cavab - baş nazirliyə gəl, göstərim…

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı, aralarında kilsənin keşişlərinin də olduğu qrupun dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırmalar davam etdiyi bir vaxtda, Ermənistan Patriarxlığı ilə Paşinyan arasında “sünnət” debatı qızışır.
Paşinyanı erməni xalqının gözündə nüfuzdan salmaq üçün yeni üsula əl atan erməni patriarxı II Qaregin sözçüsü vasitəsilə "Paşinyan əslində müsəlmandır. Hətta onu sünnət ediblər" iddiasını səsləndirib. Paşinyan Patriarxlığın yaydığı sünnət iddiasına sərt cavab verib və "Baş nazirlikdə patriarx Qaregini gözləyirəm. Yanıma gələndə ona sünnət olmadığımı göstərməyə hazıram" deyib.
Bununla da kifayətlənməyən Paşinyan əsl adı "Kitrik Nersislan" olan II Qareginin üzərinə hücum çəkib: "Ona sualım var. Nersisyan patriarx seçiləndə özünü tamamilə Allaha həsr etdiyini deyərək, heç vaxt evlənməyəcəyinə söz verib. Amma öyrəndiyimə görə, onun bir övladı var. Mən bunu sübut edə bilərəm. İçdiyi andı pozaraq bir qadınla əlaqəyə girən patriarx istefa verməlidir”.
Xatırladaq ki, Paşinyan administrasiyası keşişlər, iş adamları və müxalifət nümayəndələrinin daxil olduğu bir qrupun 23 iyunda dövlət çevrilişi cəhdi planlaşdırdığını, lakin bunun qarşısının alındığını açıqlayıb.
TAHİR