İsrail müxalifəti Trampı ölkənin daxili işlərinə qarışdığına görə sərt şəkildə tənqid etdi.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa İsrail liderinin İrana qarşı hərəkətlərini təriflədiyi və baş nazirin korrupsiya məhkəməsinin ləğv edilməsinə çağırdığı bəyanatına görə təşəkkür edib. Belə ki, Netanyahu X sosial şəbəkəsində Trampın "Bibi"nin məhkəməsini dərhal dayandırmaq tələbini dərc edərək, "Prezident Tramp, mənə, İsrailə və yəhudi xalqına göstərdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Biz ümumi düşmənlərimizi məğlub etmək, girovlarımızı azad etmək və tezliklə sülh dairəsini genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik"- deyə yazıb.
Bundan əvvəl Tramp Netanyahunun məhkəməsini “siyasi motivli” və “cadugər ovu” adlandırıb və onun “dərhal ləğv edilməsini” tələb etmiş və İsrailin baş nazirini isə “döyüşçü” adlandırmışdı. İsrail mediasının qeyd etdiyi kimi, ABŞ prezidentinin bu tələbi hökumətdən tərif alıb, lakin müxalifət Trampı ölkənin daxili işlərinə qarışdığına görə sərt şəkildə tənqid edib.
Surxay Əliyev