Erkan Baş Ərdoğanın Trampla fotosuna sərt reaksiya verdi

Türkiyə İşçi Partiyasının sədri Erkan Baş prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla təkbətək görüşündən mətbuatda yayımlanan fotolara münasibət bildirib. Baş, "Yaxın Şərq qan gölünə çevrilərkən, Fələstində insanlar qətlə yetirilərkən, İrana hücumlar davam edərkən, bu ölkənin vətəndaşı olaraq Netanyahunun ən böyük ortağı Trampla bu cür gülərüz,səmimi fotoları heç cür qəbul etmirəm. Daxili siyasətə gəlincə, bizə anti-imperializm və vətənpərvərlik dərsi verənlər bu axşamdan bəri sadəcə olaraq bu foto ilə zəfər qazandıqlarını düşünürlər,ancaq bu bir ittifaq şəklidir, daha doğrusu etiraf şəklidir.
Surxay Əliyev