“İran ABŞ-ın Azərbaycandakı “bazalarına” hücum edə bilər”

Iran Ali Rəhbəri Xameneyinin nümayəndəsi bildirib ki, İran ABŞ-ın Azərbaycandakı bazalarına hücum edə bilər. Bu sərsəmləməni sosial şəbəkədə ermənipərəst iranlı politoloq Ehsan Movahidian yazıb. "Ali Rəhbərin Təbrizdəki Aşura Korpusundaki nümayəndəsi Höccətül-İslam Sarai bildirib ki, İran ABŞ-ın Qətərdəki ən böyük hərbi bazasına,həmçinin Kürdüstan, Azərbaycan və Qərbi Asiyadakı bazalarına da hücum edə bilər", - deyə Movahedian sərsəmləməsini yekunlaşdırıb.
Surxay Əliyev