“İranın Fordo Nüvə Obyekti ancaq daxildən məhv edilə bilər”

25 iyun 2025-ci ildə İsrailin i24News telekanalı adının açıqlanmasını istəməyən hərbi ekspert İranın nüvə proqramının əsas elementi olan Fordo nüvə obyektinin faktiki olaraq xarici hücumlara qarşı toxunulmaz olduğunu və yalnız daxildən məhv edilə biləcəyini bildirib. “İllüziyaları və fantaziyaları – ya da yüzlərlə ardıcıl bombardmanları geridə qoymağın vaxtıdır”, - deyən ekspert nə İsrailin, nə də ABŞ-ın İranın nüvə proqramını tamamilə dayandıra bilmədiyini vurğulayıb. Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uran üzrə əsas obyektləri, o cümlədən Fordo, Natanz və İsfahana son zərbələrə baxmayaraq bu gün də Tehranın ixtiyarındadır. Qum şəhərindən 30 km məsafədə yerləşən və 80-90 metr dərinlikdə dağ silsiləsi altında gizlədilmiş Fordo İranın ən qorunan nüvə obyekti hesab olunur.
Belə ki, kompleks 2000-ci illərdə SEPAH tərəfindən gizli şəkildə tikilib və uranın zənginləşdirilməsi üçün 2700-ə yaxın sentrifuqa ilə təchiz edilib. MAQATE 83,7%-ə qədər zənginləşdirilmiş uranın 90%-ə yaxınını silah səviyyəsinə çatdığını aşkar edib. Və İran uranın zənginləşdirilməsi obyektlərini gizli saxlayıb və 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatının çoxu ABŞ-ın iyunun 22-də vurduğu zərbələrdən əvvəl boşaldılıb. ABŞ “Gecəyarısı çəkic” əməliyyatı çərçivəsində Natanz və İsfahana 30 Tomaqavk raketi atsa da qarşıya qoyulan məqsədinə çata bilmədi.
Surxay Əliyev