"Heç bir itki vermədən İranın nüvə proqramını məhv etdik"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran barədə danışıb. O bəyan edib ki, ABŞ İranın nüvə proqramını heç bir itkiyə yol vermədən məhv edib. "Düşünürəm ki, prezident bunun uzunmüddətli münaqişəyə çevrilə biləcəyindən narahat olan amerikalılar üçün bu məsələni çox tez həll etdi. Biz təkcə İranın nüvə proqramını məhv etmədik, bunu həm də amerikalılar tərəfindən itki olmadan etdik", - Vens qeyd edib.
O deyib ki, bu, güclü liderlik və Tramp doktrinasına riayət edilməsi sayəsində mümkün olub.
Mətləb