Tramp: "Atəşkəs başlayıb, onu pozmayın"

ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəsin qüvvəyə minməsindən az əvvəl İrandan atılan raketlərdən birinin İsrailin cənubundakı bir binaya düşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb. İsrail mətbuatı Trampın atəşkəsin bir neçə saat ərzində qüvvəyə minəcəyi barədə açıqlamasının ardından 15-ə yaxın ballistik raketin atıldığını bildirib. Qeyd edilib ki, raketlərdən biri birbaşa İsrailin cənubundakı Birüssebi (Berşeva) bölgəsində 7 mərtəbəli binaya düşüb. Birüssebidə ölənlərin sayı 4-ə yüksələrkən, hücum səbəbiylə panikaya düşənlər də daxil olmaqla 20-si yüngül olmaqla 22 nəfərin yaralandığı bildirilir. Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının arta biləcəyi bildirilir. İsrail mətbuatı 5 cavab dalğasının ABŞ prezidenti Trampın elan etdiyi atəşkəsin saat 07:00-da qüvvəyə minməsindən qısa müddət əvvəl, son ballistik raket dalğasının isə atəşkəsin qüvvəyə minməsindən sonra meydana gəldiyini iddia edib.
ATƏŞKƏS BAŞLADI
İsrailin rəsmi radiosu “Bu səhər İran və İsrail arasında atəşkəs başlayıb” deyə bildirib. İranda yayımlanan Press TV saat 07:30-dan etibarən Tehranın atəşkəsi qəbul etdiyini açıqlayıb.
TRAMP ATƏŞKƏSİ ELAN ETDİ
ABŞ prezidenti Donald Tramp, "İranla İsrail arasında atəşkəs qüvvəyə minib, xahiş edirəm, onu pozmayın" deyə bəyan edib.
Surxay Əliyev