Atəşkəs yalan çıxdı, Tramp İsraili dayandıra bilmədi - İranın radar sistemi vuruldu...

YENİLƏNDİ
ABŞ prezidenti Donald Tramp 13 iyunda İsrailin İrana hücumu ilə başlayan müharibənin 12-ci gününün erkən saatlarında tərəflər arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.
İran mətbuatı xəbər verir ki, Trampın İran və İsrail arasında elan etdiyi atəşkəs səhər saat 07:00-da qüvvəyə minib. Lakin İsrail ordusu atəşkəsə baxmayaraq, İran tərəfindən yeni raket hücumu həyata keçirildiyini iddia edib.
İsrailin müdafiə naziri Katz İranın atəşkəsi pozduğunu iddia edərək, İsrail ordusuna Tehrandakı hədəfləri intensiv şəkildə vurmağı əmr etdiyini açıqlayıb.
İran tərəfindən isə İsrailə raketin atılması ilə bağlı yayılan məlumatlar təkzib olunur. İran televiziyasının məlumatna görə, atəşkəs rejimi tətbiq olunduqdan sonra İran İsrailə raket atmayıb.
ABŞ prezidenti Donald Trampın daha əvvəl “İsrail İrana hücum etməyəcək” və “bütün təyyarələr dönüb evlərinə gedəcək” təkidinə baxmayaraq, İsrail Ordusu Radiosu onun qüvvələrinin paytaxt yaxınlığındakı İran radar obyektini vurduğunu bildirib.
İranın hücumuna dair İsrailin iddialarına şübhə ilə yanaşan ABŞ Prezidenti Donald Tramp İranın raket atdığına əmin olmadığını deyib və İsraildən hava hücumlarını dayandırmasını tələb edib.
“İsrail, bomba atmayın. Əgər bunu etsəniz, bu, ciddi pozuntu olacaq. Pilotlarınızı dərhal geri qaytarın!” ABŞ Prezidenti öz sosial hesabında bununla bağlı belə yazıb
Ancaq Trampın tələbinə baxmayaraq, İsrail ordusu radiosu Tehran yaxınlığındakı İran radar obyektinin vurulduğunu bildirib.
Sonradan Tramp gün ərzində ikinci dəfə İsrail-İran atəşkəs rejiminin qüvvədə olduğunu açıqlayıb.
TAHİR