İsrail daha bir iranlı nüvə alimini öldürdü

İsrail daha bir iranlı nüvə alimini qətlə yetirib. Bu barədə İran televiziyası məlumat yayıb. Xəbərdə deyilir ki, İsrailin hücumları nəticəsində İranın nüvə alimi Məhəmməd Rza Sadiqi həyatını itirib. Bildirilib ki, bu gün səhər tezdən İranın paytaxtı Tehranın və onun qərbində yerləşən Kərəc şəhərinin hücumlara məruz qalıb. Yerli media partlayışların miqyasını son 12 gün ərzində baş verənlər arasında ən böyüyü kimi təsvir edib.
Mətləb