Ərəb parlamenti İranı "topa tutdu"...

"Ərəb Parlamenti İranın Qətər Dövlətinə təcavüzünü sərt şəkildə pisləyir. Bunu Qətər suverenliyinin açıq və qəbulolunmaz şəkildə pozulması, eləcə də beynəlxalq hüquq normalarının tapdanması adlandırır."
Bu barədə Ərəb Parlamentinin yaydığı bəyanatında yer alır. SİTAT: “Ərəb Parlamenti Qətər Dövləti ilə tam həmrəy olduğunu ifadə edir və onun suverenliyini, təhlükəsizliyini və ərazi toxunulmazlığını qorumaq üçün görəcəyi bütün tədbirlərə tam dəstəyini bildirir”, - bəyanatda vurğulanır.
Mətləb