Fransada gərginlik -aviasalonda aksiya keçirildi

Fransada gərginlik bitmir. Polis Parisdəki Burje aviasalonunda aksiya keçirmək istəyənləri saxlayıb. “Figaro” nəşrinin yazdığına görə, saxlanan 7 nəfər beynəlxalq tədbirin işini pozmaqda təqsirləndirilir. Polisin məlumatına görə, ifrat solçular aviaşouya mane olmaq istəyiblər. Onlardan 1 ədəd helium balonu və 200 şar müsadirə edilib.
Mətləb