Britaniyadan QƏRAR - vətəndaşlarını İsraildən çıxarır

Böyük Britaniya hökuməti müharibə şəraiti ilə əlaqədar İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir. Bu barədə BBC məlumat yayıb. Məlumatda deyilir ki, Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub. İsrail hava məkanı 13 iyun tarixində bağlanıb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək. Regionda vəziyyətin tez-tez dəyişməsi səbəbindən uçuş imkanları qısa müddətdə dəyişə bilər. Britaniya vətəndaşları və onlarla birlikdə səyahət edən qeyri-britaniyalı ailə üzvləri bu xüsusi reys üçün müraciət edə bilərlər.
Mətləb Salahov