Təl - Əvivin üçdə biri dağıldı, İsrail raketlərini Kiprə köçürdü....

ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas Makqreqor sensasion bəyanatla çıxış edərək, İran və müttəfiqləri ilə gərginləşən münaqişə fonunda İsrailin düşdüyü ağır vəziyyəti təsvir edib. Təqaüddə olan amerikalı hərbi ekspertin sözlərinə görə, ölkədəki dağıntıların miqyası rəsmi hesablamaları xeyli üstələyir və İsrail ordusu hazırlıqsız olduğu gözlənilməz çətinliklərlə üzləşib. Makqreqorun açıqlamaları geniş rezonans doğurub və Yaxın Şərqdəki real vəziyyətlə bağlı müzakirələri intensivləşdirib.
Makqreqor iddia edir ki, İsrailin iqtisadi və mədəni mərkəzi olan Təl-Əvivin təxminən üçdə biri hücumlar nəticəsində zədələnib və ya qismən dağıdılıb. Onun sözlərinə görə, iranyönlü qrupların həyata keçirdiyi zərbələr həm mülki infrastruktura, həm də əsas hərbi obyektlərə təsir edib. Ekspertin fikrincə, İsrail silahlı qüvvələrini növbəti itkilərdən qorumaq üçün döyüş təyyarələrinin əhəmiyyətli bir hissəsini Kiprdəki hava bazalarına təxliyə etmək məcburiyyətində qalıb. Bu addım, Makqreqorun fikrincə, ölkənin müdafiə strategiyasında ciddi problemlərə və İsrail Müdafiə Qüvvələrinin artan təhlükəyə effektiv şəkildə müqavimət göstərə bilməməsindən xəbər verir.
Keçmiş Pentaqon müşavirinin bəyanatları bir sıra Yaxın Şərq mənbələrindən alınan məlumatlar ilə dəstəklənir. Makqreqorun fikrincə, hazırkı böhranın əsas səbəbi İsrailin İran və müttəfiqlərinin hərbi potensialını lazımi səviyyədə qiymətləndirməməsindən irəli gəlir. "İsrail İranın cavabına hazır deyildi", - deyə ekspert İranyönlü qüvvələrə qarşı əməliyyatların planlaşdırılmasında strateji səhv hesablamalara işarə edərək vurğulayıb.
Surxay Əliyev