İsraildən etiraf kimi açıqlama: “Bizi çətin günlər gözləyir”

İsrail Baş Qərargah rəisi Eyal Zamir videomüraciətində İsrailin 13 iyunda İrana qarşı başlatdığı genişmiqyaslı hücumlarla bağlı açıqlamalar verib. İsrail vətəndaşlarının İrana qarşı "uzunmüddətli müharibə"yə hazır olmasının lazım olduğunu bildirən Zamir deyib ki, "Müharibə hələ bitməyib. Əhəmiyyətli nəticələr əldə etsək də, bizi hələ çətin günlər gözləyir". 8 gündür İrana qarşı həyata keçirdikləri hücumların "fövqəladə nəticə" verdiyini iddia edən Zamir deyib ki, "Biz bir sıra mümkün inkişaflara hazırlaşırıq. Tariximizin ən mürəkkəb müharibəsinə girdik".İranın 2500-ə yaxın yer-yer ballistik raketi olduğunu və yüksək istehsal sürətinə sahib olduğunu iddia edən Zamir, təxminən iki il ərzində İranın 8000 raketə sahib ola biləcəklərini dəyərləndirdikdən sonra hücuma başladıqlarını qeyd edib.
Surxay Əliyev