"İranda nüvə obyektlərinə hücumlar Çernobıl faciəsini təkrarlaya bilər"

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev İran-İsrail müahirbəsi barədə danışıb. O qeyd edib ki, İranda nüvə obyektlərinə hücumlar son dərəcə təhlükəlidir və Çernobıl faciəsinə bənzər bir fəlakətə səbəb ola bilər: “O cümlədən, İsrailin müdafiə nazirinin Əli Xamenei ilə bağlı yüksək səslə verdiyi bəyanatlar... – hamı başa düşməlidir ki, nüvə obyektlərinə hücumlar son dərəcə təhlükəlidir və Çernobıl faciəsinin təkrarına səbəb ola bilər”, – deyə Medvedyev qeyd edib.
Mətləb